internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

LİSEYİMİZİN MÜDİRİ “FİRUDİN BƏY KÖÇƏRLİ” MÜKAFATININ QALİBİ SEÇİLİB
06.09.2021

 
 
AzEdu Təhsil Portalı, AzEdu Academy və Təhsil Jurnalistləri Birliyi 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə “Firudin bəy Köçərli” mükafatını təsis edib.

Mükafat hər ilin 5 oktyabr tarixində bir neçə nominasiya üzrə layiqli sahiblərinə təqdim edilir.

Bir neçə nominasiya üzrə keçirilən gərgin müzakirələrdə orta təhsil pilləsində mükəmməl idarəçilik və nümunəvi məktəb brendinin yaradıcısı kimi liseyimizin müdiri Kadir Bektaşoğlu qalib seçilib.

Digər nominasiya qalibləri aşağıdakı kimidir:
”Müəllimlik ən ali məramdır” tezisinin cəmiyyətdə yüksək səviyyədə təmsilçisi kimi – millət vəkili Qənirə Paşayeva;
✔ Təhsil və pedaqoji fəaliyyətin inkişafında zəruri qərarların müəllifi kimi - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyeva;
✔ Təhsildə mükəmməl idarəçilik və uğurlu brendin təsisçisi kimi – Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev;
✔ Təhsil xadimi missiyasının cəmiyyətdə yüksək səviyyədə qorunmasında xidmətlərinə görə - professor Şahlar Əsgərov;
Təhsil xadimi missiyasının cəmiyyətdə yüksək səviyyədə qorunmasında xidmətlərinə görə - təhsil ekperti Nadir İsrafilov;
✔ Modern ali təhsil pilləsində nümunəvi müəllim və təhsil hamisi kimi - Bəxtiyar Aslanbəyli (bp şirkətinin vitse-prezidenti, BDU-nun müəllimi);
✔ Fədakar təhsil işçisi adını cəbhə bölgəsində yüksək səviyyədə doğrultduğuna görə - Vətən Müharibəsi şəhidi, leytenant Xalid Nəciyev (ölümündən sonra );
✔ Təhsil və maarifçilik ənənəsinin qorunmasındakı xidmətlərinə görə - İTV -nin direktoru Balakişi Qasımov;
✔ Təhsilin təbliği və kütləviləşməsinə, müəllimlik nüfuzunun artırılmasındakı xidmətlərinə görə - Cəsarət Valehov (Təhsil Nazirliyinin sektor müdiri);
✔ Uğurlu müəllim adının və həmkarlara dəstək olacaq platformanın təbliğindəki fəaliyyətinə görə - Qoşqar Məhərrəmov (T-Networkun baş mütəxəssisi, biologiya müəllimi).

Mükafatın əsas məqsədi təhsilin inkişafında xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdır.

Başda liseyimizin müdiri Kadir Bektaşoğlu olmaqla bütün qalibləri təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov