internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

V SINIF ÜZRƏ ŞAGIRD QƏBULU
17.05.2020

 
 

HÖRMƏTLİ VALİDEYNLƏR VƏ ŞAGİRDLƏR !


Məlum olduğu üzrə dünyada təsirini davam etdirən COVİD 19 pandemiyasına qarşı ölkəmizdə də ciddi karantin tədbirləri həyata keçirilməkdədir.

Bu tədbirlərdən biri də təhsil müəssisələrinin fəaliyyətinin 3 mart 2020-ci il tarixindən etibarən dayandırılaraq distant təhsilə keçirilməsi olmuşdur.

TDV Bakı Türk liseyinə qəbul imtahanı əvvəlki illərdə iyun ayında keçirilirdi. Keçən il, yəni 2019-cu ildə qəbul imtahanımız 16 iyun tarixində keçirilmişdir.

Bu il isə ölkəmizdə baş verən mövcud vəziyyəti nəzərə alaraq qəbul imtahanımızın iyul ayının əvvəlində keçirilməsi və 120-130 nəfər şagird qəbulu planlaşdırılır.

Qəbul imtahanı orta məktəblərdə 03 mart tarixinə qədər tədris olunan proqramı əhatə edəcək.

Bu il qəbul imtahanının pandemiya qaydalarına tam riayət edilərək və bütün karantin tədbirləri nəzərə alınaraq imtahan iştirakçıları arasında yarana biləcək sıxlığın qarşısını almaq və iştirakçılar arasındakı ünsiyyəti minimum səviyyədə saxlamaq üçün iki məktəb binasında (TDV Bakı Türk Liseyi ve Bakı Anadolu Türk Liseyi ) keçirilməsi planlaşdırılır.

Hər iki binada imtahan eyni vaxtda başlayıb eyni vaxtda yekunlaşacaq. Hər iki binada keçirilən imtahanda eyni test kitabçalarından istifadə olunacaq və hər iki binada keçirilən imtahan tam olaraq TDV rəhbərliyinin nəzarətində olacaq.

İmtahan keçirilən zaman aşağıdakı qaydalara riayət olunacaqdır:
1. Hər iki lisey binasının imtahandan öncə tam şəkildə dezinfeksiya edilməsi
2. Şagirdlər və imtahan prosesində iştirak edən digər şəxslər ( nəzarətçi, mühafizə və
digərləri ) arasında sosial məsafənin qorunmasının təmini
3. Şagird və nəzarətçilərin qoruyucu tibbi maskada olması
4. İmtahan zamanı şagirdlərarası məsafənin 2 metr olması
5. İmtahan binasına daxil olarkən şagird və nəzarətçilərin istilikölçən cihazla
temperaturlarının ölçülməsi və s.

TDV BTL 5-ci sinif qəbul imtahanında:
Azərbaycan dili - http://tdv-btl.edu.az/files/2020/ana-dili-V-sinif.pdf ,
Azərbaycan tarixi - http://tdv-btl.edu.az/files/2020/tarix-V-sinif.pdf ,
http://tdv-btl.edu.az/files/2020/tesdiq-proqrami.pdf,
Riyaziyyat - http://tdv-btl.edu.az/files/2020/riyaziyyat-V-sinif.pdf  və
İngilis dili - http://tdv-btl.edu.az/files/2020/ingilis-dili-V-sinif.pdf

fənləri üzrə hazırlanmış test tapşırıqlarından istifadə olunacaq.

Qəbul imtahanında fənlər üzrə istifadə olunacaq programı sizinlə paylaşırıq.

Hamınıza uğurlar arzulayırıq!

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov