internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

LİSEYİMİZDƏ VİRTAL MƏKTƏB LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ DƏRSLƏRƏ BAŞLANILMIŞDIR
20.04.2020

 
 
Bu gündən TDV Bakı Türk Liseyində virtal məktəb layihəsi çərçivəsində təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə “Microsoft Teams” platformasının istifadəsinə start verilib.

Platformada elektron siniflər, siniflər üzrə fənnlər, müəllim və şagirdlər üçün ayrıca kabinetlər yaradılıb. Bununla yanaşı müəllimlər öz aralarında fikir mübadiləsi və videozəng imkanlarından yararlana bilərlər.

Müəllimlər sözügedən platforma vasitəsilə videobağlantı imkanı əldə edərək məsafədən təhsil vermək, müəllim-şagird müzakirəsinin təşkili üçün interaktiv alətlərdən istifadə, müxtəlif dərs materialları və daha böyük həcmli materiallar ötürmək, təqvim aləti vasitəsilə onlayn dərsləri planlaşdırmaq, qrup işinin təşkili və qiymətləndirmə alətlərindən istifadə etmək kimi geniş imkanlardan faydalana bilir.

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov