internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

VALİDEYNLƏRİN NƏZƏRİNƏ!
26.03.2020

 
 
Hörmətli valideynlərimiz, ölkəmizdə yaranmış mövcud vəziyyətlə əlaqədar olaraq TDV BTL müdiriyyəti şagirdlərimizin təhsildən geri qalmaması, vaxtlarını səmərəli keçirmələri məqsədilə bəzi fəaliyyətlər həyata keçirməyi nəzərdə tutmuşdur.

Belə ki, Təhsil Nazirliyinin nəzdində keçirilən dərs vaxtı proqramının izlənilməsilə yanaşı, liseyimiz 6-10 siniflər üçün online müdiryanı ( sınaq imtahanları ), fənn müəllimlərinin imkanları daxilində online dərslərin keçirilməsi və müəllimlər tərəfindən fənlərə görə hazırlanan videoçarxların liseyin internet saytında yayımlanması və s. fəaliyyətlər nəzərdə tutulur.

İlk olaraq 6-cı gün saat 12:00-da 6-7 ci siniflər üçün (Azərbaycan dili, İngilis dili, Riyaziyyat, Tarix və Biologiya) fənn, 8-ci siniflər üçün isə ixtisas müdiryanı (sınaq imtahanı ) yayımlanacaqdır.

Sınaq imtahanlarımız təyin etdiyimiz vaxt müddətinə həyata keçiriləcək və istəkdən asılı olaraq bütün(həm liseydən, həm də kənardan) şagirdlərin iştirakı mümkün olacaqdır.

Yuxarıda adları çəkilən fəaliyyətlərdən yararlanmaq üçün https://www.facebook.com/tdv.btl.edu.az internet səhifəmizdən istifadə edə bilərsiniz.

 

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov