internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

TƏHSİL NAZİRİ LİSEYİMİZİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞÜB
18.01.2020

 
 
Təhsil naziri Ceyhun Bayramov ölkəmizi yeniyetmələrin XVI Beynəlxalq Elm Olimpiadası və XVI Beynəlxalq Jautikov Olimpiadasında uğurla təmsil edən şagirdlərlə görüşüb.

Onlar arasında Yeniyetmələrin XVI Beynəlxalq Elm Olimpiadasında gümüş medal qazanan liseyimizin X sinif şagirdləri Xanım Yaqublu və Ayhan Süleymanzadə də vardır.

Təhsil naziri görüşdə şagirdləri uğur münasibətilə təbrik edərək bu uğurların davamlı olacağına əminliyini bildirib.

Nazir məktəblilərə öz tövsiyələrini verib, onlara yeni-yeni nailiyyətlər arzulayıb.

Görüşün sonunda hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, Qətərin paytaxtı Dohada keçirilən Yeniyetmələrin XVI Beynəlxalq Elm Olimpiadasında liseyimizin X sinif şagirdləri Xanım Yaqublu və Ayhan Süleymanzadə uğurla çıxış edərək gümüş medal qazanıblar.

 

   
   
 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov