internetdə

saytda

.: XƏBƏRLƏR :.  
 

LİSEYİMİZ İNTELLEKTUAL YARIŞIN QALİBİ OLUB
02.11.2019

 
 
Fibonacci intellektual yarışının 2-ci mövsümündə liseyimiz qalib olub.
Təhsil Nazirliyinin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş məktəblilərarası Fibonacci intellektual yarışının 2-ci mövsümünün açılışı olub.
Fibonacci intellektual oyunlarına Bakı şəhəri üzrə 40 məktəb cəlb olunub.
Rəsmi açılış mərasimindən sonra yarışın ilk oyununa start verilib.
Oyunun nəticələrinə görə, birinci turda Heydər Əliyev adına Müasir Təhsil Kompleksi I, Bakı şəhəri 36 nömrəli tam orta məktəb II, Bakı şəhəri 313 nömrəli tam orta məktəb isə III yerə layiq görülüblər.
İkinci turda isə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi I, Təhsil Nazirliyinin tabeliyindəki İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi II, Bakı şəhəri 257 nömrəli tam orta məktəb isə III yeri tutub.
Sonda qalib komandalara xüsusi hədiyyələr təqdim edilib.

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov