internetdə

saytda

.: XƏBƏRLƏR :.  
 

LİSEYİMİZİN ŞAGİRDİ ÇEMPİON OLDU
10.06.2019

 
 
Liseyimizin 7-ci sınıf şagirdi Nicat Muxtarov Azərbaycanda III Robot Olimpiadasında "Open - Junior" kateqroiyasında I yeri tutaraq çempion olub.
Olimpiada “INNOFEST” çərçivəsində Gənclər və İdman, Təhsil və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. Yarış 8-19 yaşlı yeniyetmə və gəncləri əhatə edir və 6 kateqoriya üzrə keçirilir.
Qeyd edək ki, dünyanın ən böyük robototexnika yarışı olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il fərqli mövzular üzrə müxtəlif ölkələrdə keçirilir.

 
 

Başa qalx/font>

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov