internetdə

saytda

.: XƏBƏRLƏR :.  
 

LİSEYİMİZİN ŞAGİRDLƏRİ III ROBOT OLİMPİADASININ GÜMÜŞ MEDALÇISI OLUBLAR
07.06.2019

 
 
Bakıda 8-19 yaşlı yeniyetmə və gənclər arasında III Robot Olimpiadasının açılışı olub.
Açılış mərasimindən sonra olimpiadaya start verilib.
III Robot Olimpiadasının "Regular: Senior" kateqoriyası üzrə liseyimizin şagirdləri Yusif Hüseynov, Rəhim İmanlı və Ülvi Nəcəfov gümüş medal qazanaraq II yerə layiq görülüblər.
Olimpiada “INNOFEST” çərçivəsində Gənclər və İdman, Təhsil və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. Yarış 8-19 yaşlı yeniyetmə və gəncləri əhatə edir və 6 kateqoriya üzrə keçirilir.
Qeyd edək ki, dünyanın ən böyük robototexnika yarışı olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il fərqli mövzular üzrə müxtəlif ölkələrdə keçirilir.
Azərbaycan 2017-ci ilin sonunda Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilib.

 
 

Başa qalx/font>

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov