internetdə

saytda

.: XƏBƏRLƏR :.  
 

RESPUBLİKA FƏNN MÜSABİQƏSİ QALİBLƏRİNİN MÜKAFATLANDIRILMASI
05.11.2018

 
 

 

 

Noyabrın 1-də Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə IV Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, millət vəkilləri və təhsil ekspertləri iştirak edib.
6-7-ci siniflər arasında keçirilən Respublika fənn müsabiqəsi nəticələrinə görə liseyimizin şagirdləri 6 qızıl, 1 gümüş və 6 bürünc qazanaraq Respublika birincisi adına layiq olublar.
Qeyd edək ki, IV Respublika fənn müsabiqələri riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə VI-VII sinif şagirdləri arasında iki mərhələdə keçirilib.
   
     
 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov