internetdə

saytda

.: XƏBƏRLƏR :.  
 

LİSEY MƏZUNLARIMIZDAN NÖVBƏTİ UĞUR: QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ BEYNƏLXALQ ELMİ MÜSABİQƏSİNDƏ QALİB OLAN YEGANƏ AZƏRBAYCANLI
01.06.2018

 
 
Liseyimizin 2017-ci il məzunu UNEC-ə (Azərbaycan Dövlət İqtisad Universiteti) yüksək balla daxil olan Mirmehdi Əhmədzadə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) keçirdiyi beynəlxalq elmi müsabiqənin qalibi olub.
Mirmehdi Əhmədzadə elmi müsabiqənin qalibi olan ilk azərbaycanlıdır.
Elmi müsabiqə “QDİƏT regionunda parlamentlərarası əməkdaşlığın 25 illiyi: Baxışlar və gələcək perspektivlər” mövzusunda keçirilib.
Məzunumuz tədqiqatında ölkədə həyata keçirilən genişmiqyaslı islahatlara xüsusi yer verərək Azərbaycan ilə QDİƏT arasında əməkdaşlığın təhlilini qeyd edib. O, həmçinin tədqiqatında ölkədə həyata keçirilən genişmiqyaslı islahatlara xüsusi yer verərək Azərbaycan ilə QDİƏT arasında əməkdaşlığın təhlilini aparıb.
Mirmehdi əməkdaşlığın genişləndirilməsi səbəbləri ilə yanaşı, gələcəkdə yeni tərəfdaşlıq modelini də təqdim edib.
Müəllif məqalədə region ölkələr arasında əməkdaşlığa əngəl olan faktorları, o cümlədən münaqişələri təhlil edərək regional problemlərin həlli ilə bağlı fikirlərini bölüşüb.
Məzunumuzun tədqiqatı beynəlxalq qiymətləndirmə şurasının yüksək dəyərləndirməsi ilə qalib olub. Mirmehdi Əhmədzadə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının dəvəti ilə Albaniyanın paytaxtı Tiranada təşkil ediləcək mükafatlandırma mərasimində iştirak edəcək.
 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov