internetdə

saytda

   
 

TÜRKİYƏ DƏYANƏT VƏQFİ BAKI TÜRK LİSEYİ VI VƏ IX SİNFƏ ŞAGİRD QƏBULU ELAN EDİR
04.03.2016

 
 

 

BDU nəzdində TDV Bakı Türk Liseyi 2016-2017-ci dərs ili üçün VI və IX siniflərə şagird qəbulu elan edir. Lisey Təhsil Nazirliyinə bağlıdır. Ümumi orta təhsil məktəblərində tədris olunan dərs proqramına uyğun olaraq dərslər Azərbaycan dilindədir. Təhsil pulsuzdur.
 
1) MÜRACİƏT MÜDDƏTİ VƏ QƏBUL ŞƏRTLƏRİ
Müraciətlər may ayının 5-dən iyun ayının 10-dək hər gün saat 15.00-dan 19.00-a qədər qəbul olunur. Liseyə 2016-cı ildə V və VIII sinifdə oxuyan şagirdlər müraciət edə bilərlər.
 
2) TƏQDİM OLUNACAQ SƏNƏDLƏR
a) Şagirdin V və VIII sinifdə oxuduğunu göstərən və məktəbin möhürü ilə təsdiq olunmuş arayış (Möhür şəklin üzərinə vurulur)
b) 2 ədəd şəkil (3 x 4 ölçüdə)
c ) Yaş kağızının surəti
 
3) İMTAHAN TARİXİ VƏ YERİ
Qəbul imtahanı 2016-cı il iyun ayının 12-də (VIII- siniflər), iyun ayının 19-da V siniflər (bazar günü), saat 10:00-da liseyin binasında keçiriləcək.
 
4) İMTAHAN FƏNLƏRİ VƏ İMTAHAN ŞƏKLİ
İmtahan V sinif şagirdləri üçün (Ana dili,Riyaziyyat,Tarix,İngilis dili ) VIII sinif sagirdləri üçün isə seçdiyi ixtisas qrupu üzrə fənlərdən test üsulu ilə keçiriləcəkdir. Suallar Azərbaycan dilindədir.
 
5) İMTAHAN NƏTİCƏLƏRİNİN ELANI
Qəbul nəticələri 30/06/2016-cı ildə, saat 11.00-da liseydə elan ediləcək.
 
6) ƏLAVƏLƏR
İmtahana ancaq lisey müdiriyyəti tərəfindən buraxılış vəsiqəsi verilmiş şagirdlər buraxılacaq.
Şagirdlər imtahana:
a) İmtahana buraxılış vəsiqəsi
b) 2 ədəd sadə qələm və 1 ədəd pozan ilə gəlməlidirlər.
 
Ünvan: BDU Tələbə Şəhərciyi, Mətbuat pr.36/6, Yasamal rayonu
Əlaqə telefonları: 434 55 80 / 432 93 24
 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov