internetdə

saytda

   
 

TÜRKİYƏ DİYANƏT VƏQFİ BAKI TÜRK LİSEYİNDƏN TƏHSİL ÜZRƏ YENİ TARİXİ REKORD
17.07.2015

 
 

 

 Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi 2014-2015-ci tədris ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında ( I və IV qruplar ) əvvəlki illərdəki kimi rekord nəticəyə imza atıb.
 Liseyi bitirən ( I -IV qruplar) 68 məzundan 48 nəfəri ( 71% ) 600-dən çox bal toplayıb. I qrupa imtahan vermiş və eyni sinifdə təhsil almış 3 məzun (Nərmin Əliyeva, Firuz Abduyev və Teymur İsmixanov) 700 bal toplayaraq, təhsil üzrə tarixi rekorda imza atıblar.  
Həmin sinifin məzunları Fərid Çələbi və Zümrüd Şükürlü 695 bal toplayaraq ölkə ikincisi olublar. .
Ümumilikdə, I qrupdan imtahan verən 36 məzundan 24-ü ( 67% ), IV qrupdan imtahan verən 32 məzundan isə 24 nəfəri ( 75% ) 600-dən çox bal toplayıb..  
600-dən yuxarı bal toplayan 48 məzundan 30 nəfəri ( 63% ) 650-dən çox bal toplayıb.
Liseyin direktoru Kadir Bektaşoğlu rekord nəticə göstərən məzunları təbrik edib, onların valideynlərinə, müəllim kollektivinə, həmçinin tədris prosesində əməyi keçən hər kəsə təşəkkür edib.
 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov