internetdə

saytda

   
 

TÜRKİYƏ DƏYANƏT VƏQFİ BAKI TÜRK LİSEYİ VI-VII-IX SİNFƏ ŞAGİRD QƏBULU ELAN EDİR
05.05.2015

 
 

 

BDU nəzdində TDV Bakı Türk Liseyi 2015-2016-cı dərs ili üçün  VI-VII-IX sinfə şagird qəbulu elan edir. Lisey Təhsil Nazirliyinə bağlıdır. Ümumi orta təhsil məktəblərində tədris olunan dərs proqramına uyğun olaraq dərslər Azərbaycan dilindədir. Təhsil pulsuzdur. 

1) MÜRACİƏT MÜDDƏTİ VƏ QƏBUL ŞƏRTLƏRİ

Müraciətlər may ayının 6-dan    29-dək hər gün saat 13.00-dan 19.00-a qədər qəbul olunur. Liseyə 2015-ci ildə V, VI ve  VIII sinifdə oxuyan şagirdlər müraciət edə bilərlər.

 2) TƏQDİM OLUNACAQ SƏNƏDLƏR

a) Şagirdin V-VI-VIII sinifdə oxuduğunu göstərən və məktəbin möhürü ilə təsdiq olunmuş arayış (Möhür şəklin üzərinə vurulur)

b)  2 ədəd şəkil (3 x 4 ölçüdə)

c ) Yaş kağızının surəti

 3) İMTAHAN TARİXİ VƏ YERİ

Qəbul imtahanı 2015-ci  il may  ayının 31-də (V-VI siniflər), iyun ayının 6-da VIII siniflər , saat 10:00-da liseyin binasında keçiriləcək. 

4) İMTAHAN FƏNLƏRİ VƏ İMTAHAN ŞƏKLİ

İmtahan V sinif şagirdləri ucun (Ana Dili,Ədəbiyyat,Riyaziyyat,Tarix,Ingilis Dili ve Həyat bilgisi )VI sinif şagirdləri ucun (Ana Dili,Ədəbiyyat,Riyaziyyat,Tarix,Ingilis Dili,ografıya   ve biyologya) VIII sinif sagirdleri isə seçdiyi ixtisas qrupu üzrə fənlərdən test üsulu ilə keçiriləcəkdir. Suallar Azərbaycan dilindədir. 

5) İMTAHAN NƏTİCƏLƏRİNİN ELANI

Qəbul nəticələri 16/06/2015-ci ildə, saat 11.00-da liseydə elan ediləcək. 

6) ƏLAVƏLƏR

İmtahana ancaq  lisey müdiriyyəti tərəfindən buraxılış vəsiqəsi verilmiş şagirdlər buraxılacaq.

Şagirdlər imtahana:

a) İmtahana buraxılış vəsiqəsi    

b) 2 ədəd karandaş qələm və 1 ədəd pozan ilə gəlməlidirlər.

Ünvan: BDU Tələbə Şəhərciyi, Mətbuat pr.36/6, Yasamal rayonu

Əlaqə telefonları: 434 55 80 / 432 93 24 

ƏLAQƏLƏRİNİZ ÜÇÜN TƏŞƏKKÜR EDİRİK

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov