internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

III Məktəblilərarası Astronomiya Olimpiadasından şagirdlərimizdən uğurlu nəticə
20.05.2023

 
 
Mayın 14-də Bakı Dövlət Universitetində (BDU) keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş III Məktəblilərarası Astronomiya Olimpiadasının qalibləri elan olunub.

Olimpiadada iştirak edən liseyimizin şagirdləri Uğur Əzim və Nicat Abbasov olimpiadada birinci , Turab Haqverdiyev ikinci , Selcan Süleymanlı və Nigar Cəfərli isə üçüncü yeri qazanıblar.

Bundan əlavə, şagirdlərimiz Namiq İsazadə, Fəxrəddin Qəmbərli, Qadir Həsənov və Dəniz Cəfərzadə həvəsləndirici mükafat- diplomlarla təltif olunublar.

Olimpiadanın Təşkilat Komitəsinin qərarına əsasən, seçilmiş şagirdlər bu il 10-20 avqust tarixlərində Polşada keçiriləcək XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar.

Olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır.

Şagirdlərimizi təbrik edir, əməyi keçənlərə təşəkkür edirik!

 

   

 
 

Başa qalxx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov