|   | 
										
										
										
											
												
												
												
												TDV Bakı Türk 
												Liseyi şagirdlər arasında 
												xalqımızın Ümummilli Lideri 
												Heydər Əliyevin anadan olmasının 
												100 illiyi münasibətilə rəsm 
												müsabiqəsinə start verir. 
												 
												Müsabiqəyə təqdim olunan 
												materiallar Heydər Əliyevin 
												portreti, eyni zamanda, onun adı 
												ilə bağlı olan memarlıq 
												abidələrini özündə əks etdirən 
												rəsmlər qəbul olunur. 
												 
												Müsabiqədə iştirak etmək istəyən 
												şagirdlər yalnız bir əsər təqdim 
												edə bilər və təqdim edilən 
												material müəllifin özünə məxsus 
												olmalıdır. 
												 
												Müsabiqədə ilk 3 yeri tutmuş 
												şagridlər sertifikat və 
												hədiyyələrlə 
												mükafatlandırılacaqlar. 
												 
												Qeyd edək ki, müsabiqə üzrə 
												materialların qəbulu aprelin 
												6-dan mayın 6-dək davam edəcək. 
												 
												Uğurlu çəkilmiş şəkillər 
												liseyimizin internet 
												resurslarında yayımlanacaq. 
												 
												Müsabiqənin məqsədi Prezident 
												İlham Əliyevin müvafiq Sərəncamı 
												ilə 2023-cü ilin “Heydər Əliyev 
												İli” elan edilməsi ilə bağlı 
												tədbirlərin həyata keçirilməsi, 
												Ulu Öndərin anadan olmasının 
												100-cü ildönümünün qeyd 
												olunması, xatirəsinin yad 
												edilməsi və irsinin öyrənilməsi, 
												yeniyetmə və gənc istedadlı 
												rəssamların üzə çıxarılmasıdır.
												 
																								
												
												
												
											 
												 
												
												
												
											 
										 
										 | 
										  |