internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Riyaziyyat və məntiq yarışmasında uğur qazandıq
16.03.2023

 
 
Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə 5-6-7-8-ci sinif şagirdləri arasında Vətən müharibəsi şəhidi, riyaziyyat müəllimi Qoşqar Ömərovun xatirəsinə həsr olunan “Qoşqar – Riyaziyyat və Məntiq" bilik yarışı keçirilmişdir.

Yarışda iştirak edən 6D sinif şagirdimiz Məhəmməd Mehdizadə mümkün 100 baldan maksimum nəticə göstərərək 100 bal toplayaraq VI siniflər arasında birinci yeri, 7C sinif şagirdimiz Nihat Cəfərli isə 84.7 balla ikinci yeri tutmuşlar.

Bu münasibətlə hər iki şagirdimizi təbrik edir, yarışın keçirilməsində əməyi keçən təşkilatçılara minnətdarlığımızı bildiririk.

 

 

   

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov