internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Şagirdimiz "Əlaçı" milli intelektual oyununun mövsüm finalının qalibi olub
16.01.2023

 
 
 Elm və Təhsil Nazirliyinin tərafdaşı ilə İctimai TV kanalında şagirdlər arasında "Əlaçı" milli intelektual oyununun mövsüm finalı keçirilmişdir.

12 nəfərin iştirakı ilə keçirilən super finalda liseyimizin 11D sinif şagirdi Günay Əzimova da çıxış edib.

Böyük maraq və coşqu ilə keçirilən super finalda Günay Əzimova uğurla çıxış edərək müsabiqənin birincisi və mövsümün qalibi olmuşdur.

Uğur münasibətilə liseyimiz adından qalibimizi təbrik edir, gələcək təhsil həyatında uğurlar arzulayırıq.

Müsabiqəni https://youtu.be/fJwDHAUSFyc  linkdən izləyə bilərsiniz.

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov