internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

"Ən yaxşı poster" müsabiqəsinin nəticəsi bilindi
29.12.2022

 
 
TDV Bakı Türk Liseyi şagirdlərin bilik və bacarıqlarının artırılmasına, həmçinin mədəni kütləvi tədbirlərin keçirilməsinə xüsusi diqqət ayırır.

Bunların davamı olaraq, 9-cu sinif şagirdləri arasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş „Ən yaxşı poster“ müsabiqəsi keçirilmişdir.

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin istedadlarının aşkara çıxarılması və dərslərə marağın artırılmasıdır. Müsabiqədə 50-dən çox şagird müxtəlif rəngarəng posterlər hazırlayaraq dünya azərbaycanlılarına həmrəy və bir yumruq tək güclü olmağın mesajını veriblər.

Hazırlanmış posterlər münsiflər heyəti tərəfindən dəyərləndirlib, qalib və mükafatçılar seçilib.

Qalib və mükafatçılar liseyin rəhbərliyi tərəfindən sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılıb.

TDV Bakı Türk Liseyi şagirdlərin vətənpərvər ruhda böyüməsinə diqqət ayıraraq bu kimi tədbirləri ənənə halına salmaqdadır.

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov