internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Şagirdlərimiz Sinqapurda Beynəlxalq Olimpiadada medallar qazanıb
12.12.2022

 
 
Sinqapurda STEAM AHEAD 2022 Beynəlxalq Olimpiadası Final mərhələsi keçirilib.

23 ölkədən, 1000-dən çox şagirdin qatıldığı #İJMO (İnternational Math Olympiad) VANDA (Science Global Finals) olimpiadalarında ölkəmizi 62 şagird təmsil edib.

Olimpiadada liseyimizin şagirdlərindən Fatimə Quliyeva -qızıl medal (9-cu sinif), Atabəy İbrahimli - gümüş medal (10-cu sinif), Məhəmməd Həsənli - bürünc medal (7-ci sinif), Dəniz Cəfərzadə - bürünc medal (9-cu sinif) qazanmışdır.

Ölkəmizi təmsil edən şagirdlərimiz riyaziyyat üzrə ümumilikdə 1 qızıl, 4 gümüş , 14 bürünc, elm üzrə 3 bürünc medal qazanmaqla ölkəmizi uğurla təmsil ediblər.

Uğur qazanmış şagidrlərimizi və fədakar müəllimləri təbrik edir, yeni-yeni uğurlar arazulayırıq.

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov