internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

TDV Bakı Türk Liseyi fənn müsabiqələrində məktəblər arasında Respbulika çempionu oldu
23.06.2022

 
 
İyunun 22-də Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə VII məktəblilərarası fənn müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

TDV Bakı Türk Liseyi 9 qızıl, 14 gümüş və 19 bürünc medal, ümumilikdə 42 medal qazanaraq fənn müsabiqələrində nailiyyət əldə etmiş ən yaxşlı 10 məktəb sırasında lider sırasına yüksələrək çempion adını qazanıb.

Müsabiqə qalib və mükafatçıları diplom, medal və hədiyyələrlə təltif olunublar.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev, ARTİ-nin direktoru Rüfət Əzizov çıxış edərək ölkəmizdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində keçirilən müsabiqələrin vacibliyini, fənn müsabiqələrinin keçirilməsinin məqsədi və nəticələrin təhlilləri barədə məlumat verilib.
Tədbirdə müsabiqə haqqında hazırlanan videoçarx və müxtəlif musiqi nömrələri təqdim olunub.

Şagirdlərimizi təbrik edir, əməyi keçən fədəkar müəllimlərimizə, təşkilatçılara və valideynlərimizə təşəkkür edirik.
 

 

 

     

 

     

 

     

 

     

 

     

 

     

 

   

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov