internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

LİSEY MƏZUNUMUZ POLITECNICO DI MILANO UNİVERSİTETİNİN MAGİSTRATURASINA QƏBUL OLUB
23.03.2022

 
 
TDV Bakı Türk Liseyini 2016-cı ildə müvəffəqiyyətlə başa vuran Tural Ağayev həmin ili ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı ən yüksək 700 bal toplayaraq "Respublika birincisi" adına layiq görülmüşdür.

İstanbul Teknik Universitetinin mexanika mühəndisliyi ixtisasına qəbul olan Tural 2021-ci ilin fevralında fakültə üzrə “ikincilik” dərəcəsi ilə məzun olmuşdur.

Bakalavr təhsili müddətində “Bayraktar” şirkətinin “Structural Design” şöbəsində Türkiyənin ən əhəmiyyətli milli pilotsuz döyüş təyyarələrindən olan “AKINCI” PUA-larının dizaynında mexanika mühəndisi olaraq işləyib.

2021-2022-ci tədris ilindən etibarən İtaliya Dövlət Təqaüdünə layiq görülən Tural Ağayev İtaliyanın nüfuzlu və yüksək reytinqli universitetlərindən olan Politecnico di Milano Universitetinin mexanika mühəndisliyi ixtisası üzrə magistratura almaq hüququ qazanmışdır.

Bu münasibətlə Tural və ailəsini təbrik edir, yeni-yeni uğurlar arzu edirik.
 

 

   

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov