internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

LİSEYİMİZİN ŞAGİRDLƏRİ RESPUBLİKA FƏNN OLİMPİADALARINDA UĞURLA ÇIXIŞ EDİRLƏR
01.02.2022

 
 
Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.

Fənn olimpiadalarında liseyimizin 9-10-11-ci sinif şagirdlərindən 137 nəfər iştirak etmişdir.

Onlardan 112-si (82%) uğurla çıxış edərək növbəti yarımfinal turunda iştirak etmək hüququ qazanmışdır.

Yarımfinal turunda iştirak edəcək şagirdlərin siyahısı ilə https://olimpiada.edu.az/  saytı vasitəsilə tanış olmaq olar.

Rayon (şəhər) mərhələsinin nəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir.

Qeyd edək ki, növbəti mərhələdə iştirak üçün buraxılış vərəqələrinin yüklənməsi 10-15 fevral 2022-ci il tarixlərində www.portal.edu.az  saytı vasitəsilə həyata keçiriləcək.
Şagirdlərimizə uğurlar arzulayırıq!
 

   

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov